Analitika · bələdçi

Google Analytics 4: nədir və biznes üçün necə istifadə olunur

GA4 Google-un pulsuz analitika platformasıdır. Saytınızda və tətbiqinizdə istifadəçilərin nə etdiyini event-lər vasitəsilə ölçür. Bu bələdçini 2019-dan bəri Google Analytics ilə gündəlik işimdən çıxış edərək yazmışam.

Hazırlayan
Google
Qiymət
Pulsuz, 360 ödənişli
Model
Event əsaslı
Əvəz etdi
Universal Analytics

Google Analytics 4 nədir?

GA4 hər hərəkəti event kimi qeyd edir: səhifə baxışı, klik, forma göndərmə, alış. Universal Analytics-dən fərqli olaraq mərkəzdə sessiya yox, istifadəçi və event dayanır. Bu, veb və mobil tətbiq datasını bir yerdə görməyə imkan verir.

Biznes üçün əsas dəyəri sadədir: hansı kanalın satış gətirdiyini, funnelin harada itirdiyini və hansı auditoriyanın daha dəyərli olduğunu göstərir. Düzgün qurulmayanda isə səhv qərarlara aparan rəqəmlər verir.

GA4 ilə nələr mümkündür

  1. Konversiya və gəlir izləmə

    Alış, müraciət və qeydiyyat kimi əsas hərəkətlərin ölçülməsi.

  2. Funnel analizi

    Explorations ilə addım-addım itkinin tapılması.

  3. E-ticarət hesabatları

    Məhsul baxışından ödənişə qədər bütün addımlar.

  4. Auditoriya seqmentləri

    Remarketinq üçün Google Ads-ə ötürülən auditoriyalar.

  5. Custom dimension və metric

    Biznesinizə xas parametrlərin hesabatlara əlavəsi.

  6. BigQuery eksportu

    Xam data ilə dərin və çevik analiz.

GA4 hansı alətlərlə işləyir

Mənim təcrübəm

GA4 və ondan əvvəl Universal Analytics ilə işlədiyim əsas layihələr:

  • Azerlotereya.com üçün tam funnel ölçməsi və avtomatik hesabat sistemi
  • Irshad üçün Enhanced Ecommerce və Conversion API qurulması
  • ASANT Group üçün GA4, GTM və Matomo qurulması
  • UNEC-də magistrlərə GA4 və event dizaynı dərsi
Keyslərə bax

GA4 üzrə resurslar

  • GA4 event planı

  • UTM qurucusu və adlandırma qaydası

  • GA4-də content grouping: hesabatlarınız niyə yarımçıq danışır

GA4 haqqında suallar

GA4 pulsuzdur?

Bəli, standart versiya pulsuzdur. Böyük həcmli şirkətlər üçün ödənişli GA4 360 versiyası var.

GA4 qurmaq üçün Google Tag Manager lazımdır?

Mütləq deyil, amma tövsiyə edirəm. GTM ilə event-ləri saytın koduna toxunmadan idarə edirsiniz.

Universal Analytics-in datası nə oldu?

Universal Analytics 2023-də yeni data emalını dayandırdı. Köhnə datanı ayrıca ixrac etmək lazım idi.

GA4-ü kim qurmalıdır?

Ölçmə planını marketinq, dataLayer-i developer, teqləri isə analitika mütəxəssisi qurur. Kiçik layihələrdə bunu bir nəfər edə bilər.

Digər alət bələdçiləri