Reklamı dayandıranda satış da dayanır
Organik kanalı satış və lead gətirən səhifələr üzərində qururam. "Birinci sıra" üçün yox, gəlir üçün.
Kimə uyğundur
Hər sənayedə SEO fərqli metrikə xidmət edir.
E-ticarət
Kateqoriya və məhsul səhifələrindən organik satış, brendsiz sorğulardan trafik.
Bank və fintech
Kredit, kart, depozit səhifələrinə organik müraciət və lead başına xərcin azalması.
iGaming və lotereya
Oyun və nəticə səhifələrinin, eləcə də YouTube axtarışında görünürlük.
B2B və SaaS
Demo sorğuları və organik pipeline.
Təhsil
Kurs qeydiyyatları və yerli axtarışda görünürlük.
Mövqe yox, biznes metrikləri
Hesabatlarımda "neçənci sıradayıq" sualı ikinci planda qalır.
Hər layihənin başında bu metriklərin bazis dəyərini ölçürük, sonra eyni metriklərlə hesabat veririk.
- Artmalı
Organik gəlir və ya lead
SEO-nun birbaşa gətirdiyi pul və müraciət.
- Artmalı
Organik kanalın payı
Ümumi satışda reklamdan asılı olmayan hissə.
- Artmalı
Brendsiz trafik
Sizi hələ tanımayan yeni müştərilər.
- Artmalı
Organik konversiya
Gələn ziyarətçinin müştəriyə çevrilmə nisbəti.
Necə işləyirəm
Diaqnoz. Texniki audit, rəqib analizi, hazırkı organik gəlirin ölçülməsi.
Prioritet. Təsir və iş həcminə görə sıralanmış plan. İlk 30 gündə nəticə verən addımlar öndə.
İcra nəzarəti. Developer və kontent komandası üçün aydın tapşırıqlar.
Ölçmə. GA4 və Search Console əsasında Data Studio dashboardu.
Nə alırsınız
- Prioritetləşdirilmiş audit hesabatı
- 90 günlük fəaliyyət planı
- Komandanız üçün texniki tapşırıqlar
- SEO performans dashboardu
SEO-nun içində nə var
2019-dan bəri: PELC-dən Azerlotereya-ya qədər.
Texniki SEO
Crawl, indeksləmə, sürət, struktur data, sayt arxitekturası.
On-page SEO
Başlıq, meta, daxili linkləmə və niyyətə uyğun səhifə strukturu.
Kontent strategiyası
Açar söz klasterləri, kontent planı və brifinq.
Programmatic SEO
Şablonla yüzlərlə səhifə və ya videonun axtarışa hazırlanması.
YouTube SEO
Başlıq, təsvir, playlist strukturu və video axtarışı.
SEO analitika
Organik gəlirin ölçülməsi və rəhbərlik hesabatı.
Alətlər
- Google Search Consoleİndeksləmə, sorğular, texniki xətalar
- Google Analytics 4Organik gəlir və konversiya
- Google Data StudioSEO performans dashboardu
- WordPressOn-page düzəlişlər, şablonlar
- + [Crawl və açar söz alətləri]
Qiymət
- Birdəfəlik
SEO auditi
təxminən 800 AZN-dən2-4 həftə · hesabat, plan, tapşırıqlar
Bu xidmətlə müraciət et - Aylıq
SEO strategiyası
təxminən 1 000 AZN / ayStrategiya, komandaya nəzarət, aylıq hesabat
Bu xidmətlə müraciət et
Saatlıq məsləhət: 80 - 150 AZN Qiymətlər təxminidir. Yekun qiymət layihənin detallarını müzakirə etdikdən sonra müəyyənləşir.
Tez-tez verilən suallar
Nəticə nə vaxt görünür?
Texniki düzəlişlərin təsiri adətən 4-8 həftədə görünür. Kontent və otoritetə əsaslanan böyümə 3-6 ay çəkir. İlk 30 gün üçün sürətli qələbələri ayrıca planlayırıq.
Kontenti və linkləri siz yazırsınız?
Xeyr. Mən strategiya qurur, prioritet verir və icraya nəzarət edirəm. Kontent və development sizin komandanız və ya seçdiyimiz partnyorlar tərəfindən görülür.
Birinci sıranı zəmanət verirsiniz?
Heç kim vicdanla belə zəmanət verə bilməz. Mən biznes metriklərini hədəfləyirəm: organik gəlir, lead və kanalın payı.