Digital Marketing Analytics and Big Data
Rəqəmsal platformalardan gələn böyük həcmli datanın toplanması, emalı və strateji qərarlar üçün təhlili. Tələbələr istehlakçı davranışını proqnozlaşdırmağı, müştəriləri seqmentləşdirməyi və kampaniyaların ROI-ni ölçməyi öyrənir.
- Universitet
- UNEC
- Mərkəz
- Magistratura və Doktorantura üzrə Beynəlxalq Mərkəz
- Status
- Məcburi fənn
- Semestr
- Yaz
- Tədris dili
- İngilis dili
- Həcm
- 60 saat, 24 mövzu

Kurs haqqında
Kurs mürəkkəb datanı Power BI və Tableau kimi vizuallaşdırma alətləri ilə biznes hesabatlarına çevirmək və maşın öyrənməsi alqoritmlərini marketinq strategiyasına inteqrasiya etmək bacarığı verir. Mərkəzdə rəqabət üstünlüyü yaradan, data əsaslı marketinq strategiyası dayanır.
Alətlər: Power BI · Google Analytics 4
MSc, PhD namizədi. UNEC, Magistratura və Doktorantura üzrə Beynəlxalq Mərkəz. Magistr proqramında məcburi fənn.
Kursu bitirən magistr nə bacarır
Analitik çərçivə
Big Data texnologiyalarının marketinq strategiyasındakı rolunu anlamaq və rəqəmsal ekosistemdə data əsaslı qərar modellərini tətbiq etmək.
İstehlakçı davranışının proqnozu
Seqmentasiya, churn analizi və Customer Lifetime Value (CLV) hesablanması üçün proqnozlaşdırıcı analitikadan istifadə etmək.
Performansın ölçülməsi
Sosial media, axtarış və e-poçt kanallarının effektivliyini müasir metriklər və atribusiya modelləri ilə qiymətləndirmək.
Texnoloji səriştə
Python, SQL və ya GA4 ilə mürəkkəb data dəstlərini emal etmək, nəticələri vizuallaşdırma alətləri ilə peşəkar hesabata çevirmək.
Strateji optimallaşdırma
Big Data insaytları əsasında marketinq büdcəsinin optimallaşdırılması və ROI-nin artırılması üçün təkliflər hazırlamaq.
Proqram: 24 mövzu
Hər həftə bir mövzu. Rahat oxunsun deyə mövzuları altı bloka böldük, həftə nömrələri sillabusdakı kimidir.
Əsaslar
Analitikanın rolu, data əsaslı qərar və Big Data anlayışı.
- 1-ci həftəRəqəmsal marketinq analitikasının mahiyyəti və roluThe nature and role of digital marketing analytics
- 2-ci həftəMarketinqdə data əsaslı qərarverməData-Driven Decision Making in marketing
- 3-ci həftəBig Data anlayışı və əsas xüsusiyyətləri (5V)Concept of Big Data and its core characteristics
- 4-ci həftəRəqəmsal marketinqdə istifadə olunan data növləriData types used in digital marketing
Data toplama və veb analitika
Toplama üsulları, əsas metriklər və GA4.
- 5-ci həftəMüştəri datasının toplanma üsullarıCustomer data collection methods
- 6-ci həftəVeb analitika və əsas metriklərWeb analytics and key metrics
- 7-ci həftəGoogle Analytics-in marketinqdə tətbiqiApplication of Google Analytics in marketing
Kanal analitikası
Sosial media, kontent, reklam, SEO/SEM və e-poçt.
- 8-ci həftəSosial media analitikası və performansın ölçülməsiSocial media analytics and performance measurement
- 9-ci həftəKontent marketinqində analitika və KPI-larAnalytics and KPIs in content marketing
- 10-ci həftəRəqəmsal reklam kampaniyalarının ölçülməsi (CTR, CPC, CPA)Measurement of digital advertising campaigns
- 11-ci həftəSEO və SEM analitikasıSEO and SEM analytics
- 12-ci həftəE-poçt marketinqi analitikasıEmail marketing analytics and effectiveness measurement
Müştəri analitikası
Seqmentasiya, müştəri yolu, insaytlar və proqnoz.
- 13-ci həftəMüştəri davranışının analizi və seqmentasiya (RFM)Customer behavior analysis and segmentation
- 14-ci həftəMüştəri yolu analitikası və atribusiyaCustomer Journey Analytics
- 15-ci həftəBig Data və müştəri insaytlarının əldə edilməsiBig Data and obtaining customer insights
- 16-ci həftəProqnozlaşdırıcı analitika və marketinq planlamasıPredictive analytics and marketing planning
Avtomatlaşdırma və süni intellekt
Real vaxt datası, avtomatlaşdırma, AI və ML.
- 17-ci həftəReal vaxt datası və çevik marketinq qərarlarıReal-time data and agile marketing decisions
- 18-ci həftəMarketinq avtomatlaşdırması və analitikaMarketing automation and analytics
- 19-ci həftəMarketinq analitikasında süni intellekt və maşın öyrənməsiThe role of AI and Machine Learning in marketing analytics
Hesabat, etika və strategiya
Vizuallaşdırma, data keyfiyyəti, məxfilik və strateji qərar.
- 20-ci həftəVizuallaşdırma və hesabatların hazırlanmasıVisualization and preparation of reports
- 21-ci həftəData keyfiyyəti və şərh problemləriProblems of data quality and interpretation
- 22-ci həftəRəqəmsal marketinqdə etika və data məxfiliyiEthical issues and data privacy in digital marketing
- 23-ci həftəBig Data əsaslı personalizasiya strategiyalarıBig Data-based personalization strategies
- 24-ci həftəStrateji qərarvermədə analitika və Big DataThe role of Digital Marketing Analytics and Big Data in strategic decision-making
Qiymətləndirmə
- Semestr layihəsi20 bal
- Aralıq imtahan30 bal
- Final imtahan50 bal
Davamiyyət məcburidir: ən azı 75%.
Ədəbiyyat
Əsas
- Yıldırım, A. (2019). Dijital Pazarlama Analitiği. İstanbul: Beta Yayınları.
- Kara, A. & Koç, E. (2021). Veri Odaklı Pazarlama. Ankara: Seçkin Yayıncılık.
- Bozkurt, İ. (2022). Büyük Veri ve Dijital Pazarlama. İstanbul: Ekin Yayınevi.
Əlavə
- Marr, B. (2016). Big Data in Practice. Wiley.
- Odabaşı, Y. (2020). Dijital Pazarlama ve Sosyal Medya Yönetimi. İstanbul: MediaCat Yayınları.
- Clifton, B. (2012). Advanced Web Metrics with Google Analytics. Wiley.
Qonaq mühazirə və ya proqram əməkdaşlığı
Universitet və təhsil proqramları üçün mövzuya uyğun mühazirə və master-klas hazırlayıram.