Google Tag Manager: kod yazmadan izləmənin idarəsi
GTM saytınıza bir dəfə qoşulan və bütün izləmə kodlarını (GA4, Meta Pixel, Google Ads və digərləri) bir paneldən idarə etməyə imkan verən pulsuz alətdir. Marketinq komandası developer-i gözləmədən yeni event qura bilir.
- Hazırlayan
- Qiymət
- Pulsuz
- Əsas anlayışlar
- Tag, Trigger, Variable
- Server-side
- Mövcuddur
Google Tag Manager nədir?
GTM saytla izləmə alətləri arasında vasitəçidir. Sayta yalnız bir GTM kodu qoyulur, qalan bütün teqlər paneldən əlavə olunur. Hər teqin nə vaxt işləyəcəyini trigger, hansı məlumatı ötürəcəyini isə variable müəyyən edir.
Ən vacib hissə dataLayer-dir: saytın GTM-ə ötürdüyü strukturlaşdırılmış məlumat. Developer ilə dataLayer müqaviləsi düzgün yazılanda e-ticarət, forma və istifadəçi eventləri etibarlı olur.
GTM ilə nələr mümkündür
Teqlərin mərkəzləşdirilməsi
Bütün izləmə kodları bir yerdə, bir versiya tarixçəsi ilə.
Event izləmə
Klik, forma, scroll və video eventləri kodsuz.
E-ticarət dataLayer-i
Məhsul, səbət və alış eventlərinin ötürülməsi.
Consent Mode
İstifadəçi razılığına uyğun teq davranışı.
Preview və test
Dəyişikliyi canlıya buraxmadan yoxlamaq.
Server-side tagging
Daha dəqiq və məxfiliyə uyğun data ötürülməsi.
GTM hansı alətlərlə işləyir
- Bələdçiyə keç
Google Analytics 4
Konfiqurasiya və event teqləri
- Bələdçiyə keç
Google Ads
Konversiya və remarketinq teqləri
- Bələdçiyə keç
Meta Ads
Meta Pixel və Conversion API
- Bələdçiyə keç
TikTok Ads
TikTok Pixel eventləri
- Bələdçiyə keç
Google Data Studio
Dolayı yolla: GA4 vasitəsilə hesabat
Mənim təcrübəm
GTM ilə qurduğum və idarə etdiyim əsas izləmə sistemləri:
- Azerlotereya.com üçün tam event sistemi və funnel izləməsi
- SIMA və AZINCLOUD landing səhifələri üçün konversiya izləməsi
- Irshad üçün Enhanced Ecommerce dataLayer-i
- ASANT Group üçün GTM, GA4 və Matomo qurulması
GTM üzrə resurslar
GTM haqqında suallar
GTM pulsuzdur?
Bəli, standart GTM pulsuzdur. Server-side variant üçün server xərci yaranır.
GTM saytı yavaşladırmı?
Düzgün qurulanda təsiri minimaldır. Yavaşlığı adətən lazımsız və köhnə teqlər yaradır.
dataLayer nədir?
Saytın GTM-ə ötürdüyü strukturlaşdırılmış məlumat qatıdır: məhsul adı, qiymət, istifadəçi statusu və s.
GTM və GA4 fərqi nədir?
GA4 datanı toplayır və təhlil edir. GTM isə həmin datanı GA4-ə və digər alətlərə göndərən vasitədir.