PostHog: məhsul komandası üçün analitika platforması
PostHog açıq mənbəli məhsul analitikası platformasıdır. Event analitikası, sessiya yazıları, feature flag, A/B test və sorğular bir məhsulda birləşir. Veb tətbiq və SaaS komandaları üçün GA4-dən daha məhsul yönümlüdür.
- Növ
- Məhsul analitikası
- Qiymət
- Pulsuz limit, sonra istifadəyə görə
- Hosting
- Cloud və self-hosted
- Kod
- Açıq mənbəli
PostHog nədir?
PostHog istifadəçinin məhsul daxilindəki hər addımını event kimi qeyd edir və onu konkret istifadəçi profilinə bağlayır. Funnel, retention və trend hesabatları ilə yanaşı problemi görmək üçün həmin istifadəçinin sessiya yazısına keçmək olur.
Ən böyük üstünlüyü bir yerdə olmasıdır: yeni funksiyanı feature flag ilə 10% istifadəçiyə açır, təsirini eyni platformada ölçür, nəticəyə görə hamıya açırsınız.
PostHog ilə nələr mümkündür
Funnel və retention
Aktivləşmə və geri qayıtma analizi.
Sessiya yazıları
Problemin baş verdiyi anın baxışı.
Feature flag
Funksiyaların mərhələli buraxılışı.
A/B testlər
Statistik nəticə ilə eksperimentlər.
Məhsul daxili sorğular
Doğru anda istifadəçiyə sual.
Data anbarı eksportu
BigQuery və digər anbarlara ötürülmə.
PostHog hansı alətlərlə işləyir
- Bələdçiyə keç
GrowthBook
Açıq mənbəli feature flag və A/B test platforması.
- Bələdçiyə keç
Google BigQuery
Serverless data anbarı. GA4 xam datası və böyük həcmli SQL analizi.
- Bələdçiyə keç
Supabase
Postgres əsaslı açıq mənbəli backend: auth, storage, API.
- Bələdçiyə keç
Google Tag Manager
Kod yazmadan izləmə teqlərinin idarəsi və dataLayer.
Mənim təcrübəm
PostHog ilə işlədiyim layihələr:
- [Layihə: brend, nə qurdum, nəticə %]
- [Layihə: brend, nə qurdum, nəticə %]
PostHog üzrə resurslar
PostHog haqqında suallar
PostHog pulsuzdur?
Hər məhsul üçün aylıq pulsuz limit var. Limitdən sonra istifadəyə görə ödəyirsiniz.
GA4 ilə fərqi nədir?
GA4 marketinq və trafik mənbələrində güclüdür. PostHog isə məhsul daxili davranış, istifadəçi profili və eksperimentlərdə.
Self-hosted versiya var?
Bəli, amma böyük həcmdə Cloud versiyasını tövsiyə edirəm: infrastrukturu saxlamaq ayrıca iş tələb edir.