Büdcə xərclənir, nəticə aydın deyil
Google, Meta və TikTok hesablarını yoxlayır, hər manatın hansı satışı gətirdiyini görünən edirəm.
Kimə uyğundur
E-ticarət
Performans kampaniyaları və məhsul reklamları.
Bank və fintech
Müraciət başına xərc və lead keyfiyyəti.
Aviasiya və turizm
Beynəlxalq bazarlarda kampaniyalar.
Mobil tətbiqlər
Yükləmə və aktivləşmə kampaniyaları.
Hədəflədiyimiz metriklər
Klik və göstəriş yox, gəlir və xərc.
Hər layihənin başında bu metriklərin bazis dəyərini ölçürük, sonra eyni metriklərlə hesabat veririk.
- Artmalı
ROAS
Xərclənən hər manata qarşı gəlir.
- Azalmalı
CAC
Bir müştərinin cəlb xərci.
- Azalmalı
Xərc başına lead
Müraciət gətirən kampaniyaların səmərəsi.
- Artmalı
Kanal payı
Satışda hər kanalın real töhfəsi.
Necə işləyirəm
Hesab auditi. Kampaniya strukturu, hədəfləmə və büdcə bölgüsü.
İzləmə düzəlişi. Konversiyalar, Conversion API və mobil ölçmə.
Atribusiya. Kanalların real töhfəsinin müəyyənləşdirilməsi.
Büdcə planı. Yenidən bölgü və həftəlik optimallaşdırma ritmi.
Nə alırsınız
- Hesab audit hesabatı
- Konversiya və atribusiya xəritəsi
- Büdcə bölgüsü planı
- Reklam performans dashboardu
Reklamın içində nə var
Kampaniya strukturu
Axtarış, sosial və video kampaniyalarının qurulması.
Atribusiya modelləri
Last click-dən data-driven modelə.
Conversion API
Server tərəfli konversiya ötürülməsi.
Mobil ölçmə
MMP qurulması və yükləmə atribusiyası.
Alətlər
- Google AdsAxtarış, Performance Max, YouTube
- Meta AdsFacebook və Instagram kampaniyaları, CAPI
- TikTok AdsVideo kampaniyalar
- AppsFlyerMobil yükləmə atribusiyası
- Google Data StudioKanallar arası hesabat
Qiymət
- Birdəfəlik
Reklam auditi
təxminən 600 AZN-dən1-2 həftə · audit, atribusiya xəritəsi, büdcə planı
Bu xidmətlə müraciət et
Saatlıq məsləhət: 80 - 150 AZN Qiymətlər təxminidir. Yekun qiymət layihənin detallarını müzakirə etdikdən sonra müəyyənləşir.
Tez-tez verilən suallar
Kampaniyaları gündəlik siz idarə edirsiniz?
Xeyr. Strategiya, audit və optimallaşdırma ritmini qururam. Gündəlik idarəni komandanız və ya agentliyiniz edir.
Hansı platformalarla işləyirsiniz?
Google Ads, Meta, TikTok və mobil kampaniyalar üçün AppsFlyer.
Atribusiya niyə vacibdir?
Düzgün atribusiya olmadan büdcə ən çox klik gətirən kanala gedir, ən çox satış gətirənə yox.