Reklam · bələdçi

Meta Ads: Facebook və Instagram reklamının idarəsi

Meta Ads Manager Facebook, Instagram, Messenger və Audience Network-də reklam qurmaq və idarə etmək üçün platformadır. Azərbaycanda ən geniş auditoriyaya çıxışı olan sosial reklam kanalıdır.

Hazırlayan
Meta
Ödəniş
Göstəriş və ya nəticəyə görə
Ölçmə
Pixel və Conversions API
Avtomatlaşdırma
Advantage+

Meta Ads nədir?

Meta reklam sistemi hədəfə (trafik, müraciət, satış) uyğun olaraq reklamı onu ən çox yerinə yetirəcək insanlara göstərir. Bunun üçün saytdan gələn konversiya siqnalları vacibdir: Pixel brauzerdən, Conversions API isə serverdən göndərir.

Brauzer məhdudiyyətləri artdıqca yalnız Pixel ilə ölçmə itkili olur. Conversions API və düzgün event dublikasiyası ilə kampaniyanın öyrəndiyi data tamlaşır.

Meta Ads ilə nələr mümkündür

  1. Konversiya kampaniyaları

    Satış və müraciət üçün optimallaşdırma.

  2. Advantage+ kampaniyaları

    Avtomatik auditoriya və yerləşdirmə.

  3. Conversions API

    Server tərəfdən etibarlı siqnal.

  4. Lead formaları

    Platformadan çıxmadan müraciət.

  5. Kataloq reklamları

    E-ticarət üçün dinamik məhsul reklamı.

  6. A/B testlər

    Kreativ və auditoriya testləri.

Meta Ads hansı alətlərlə işləyir

  • Google Tag Manager

    Kod yazmadan izləmə teqlərinin idarəsi və dataLayer.

    Bələdçiyə keç
  • Google Analytics 4

    Event əsaslı veb və tətbiq analitikası. Funnel, konversiya və auditoriya.

    Bələdçiyə keç
  • Google Data Studio

    Pulsuz dashboard aləti. GA4, reklam və cədvəl datasını bir yerdə göstərir.

    Bələdçiyə keç
  • Google Meridian

    Google-un açıq mənbəli marketing mix modeli (MMM).

    Bələdçiyə keç
  • TikTok Ads

    Qısa video kampaniyaları, Spark Ads və gənc auditoriya.

    Bələdçiyə keç

Mənim təcrübəm

Meta Ads ilə işlədiyim layihələr:

  • Irshad üçün Conversions API qurulması
  • [Layihə: brend, nə qurdum, nəticə %]
Keyslərə bax

Meta Ads üzrə resurslar

  • Kampaniya brifi

  • UTM qurucusu və adlandırma qaydası

  • Google Ads bələdçisi

Meta Ads haqqında suallar

Conversions API mütləqdir?

Satış və müraciət kampaniyaları üçün tövsiyə edirəm. Pixel ilə birlikdə qurulur və itən siqnalları bərpa edir.

Hansı büdcə ilə başlamaq olar?

Ad set başına həftədə ən azı onlarla konversiya toplaya biləcək büdcə alqoritmin öyrənməsi üçün idealdır.

Meta-nın nəticəsi GA4 ilə niyə fərqlidir?

Atribusiya pəncərəsi və model fərqlidir. Meta baxışdan sonrakı konversiyanı da sayır, GA4 isə saytdakı sessiyaya əsaslanır.

Digər alət bələdçiləri