Data və BI · bələdçi

Google Data Studio: pulsuz dashboard və avtomatik hesabatlar

Google Data Studio Google-un pulsuz data vizuallaşdırma alətidir. GA4, reklam platformaları, Google Sheets və digər mənbələri bir dashboardda birləşdirir. 2022-2026 arasında Looker Studio adı ilə tanınırdı, 2026-da yenidən Data Studio adına qayıtdı.

Hazırlayan
Google
Qiymət
Pulsuz, Pro ödənişli
Əvvəlki adı
Looker Studio (2022-2026)
Mənbələr
GA4, Ads, Sheets, API

Google Data Studio nədir?

Data Studio müxtəlif data mənbələrinə konnektorlarla qoşulur və onları interaktiv dashboardlara çevirir. Hesabat bir dəfə qurulur, sonra data avtomatik yenilənir. Əl ilə Excel hesabatı hazırlamağa ehtiyac qalmır.

Ən böyük üstünlüyü rol üzrə panellərdir: CEO üçün bir səhifəlik KPI paneli, marketinq üçün kanal detalları, məhsul komandası üçün funnel. Eyni data, fərqli suallar.

Data Studio ilə nələr mümkündür

  1. Rol üzrə dashboardlar

    CEO, marketinq və məhsul komandası üçün ayrı panellər.

  2. Data birləşdirmə

    Fərqli mənbələri bir qrafikdə göstərmək (data blending).

  3. Avtomatik e-poçt hesabatı

    Həftəlik və ya aylıq PDF göndərişləri.

  4. Hesablanmış sahələr

    CAC, ROAS kimi metrikləri birbaşa dashboardda hesablamaq.

  5. Filtr və tarix idarəsi

    İstifadəçinin özü kanal, tarix və seqment seçir.

  6. Paylaşma və icazələr

    Komanda və müştərilərlə təhlükəsiz paylaşım.

Data Studio hansı alətlərlə işləyir

  • Google Analytics 4

    Rəsmi konnektor ilə veb və tətbiq datası

    Bələdçiyə keç
  • Google Search Console

    Organik sorğular və səhifə performansı

    Bələdçiyə keç
  • Google Ads

    Reklam xərci və konversiyalar

    Bələdçiyə keç
  • Google Sheets

    Əl ilə daxil edilən hədəflər və CRM datası

  • API

    Meta, LinkedIn, TikTok datası üçün konnektor və API

  • Google BigQuery

    Böyük həcmli data üçün

    Bələdçiyə keç

Mənim təcrübəm

Data Studio-da qurduğum əsas dashboard və hesabat sistemləri:

  • AzInTelecom: CEO, marketinq və məhsul komandaları üçün rol üzrə dashboardlar
  • Meta, LinkedIn, Google və Apple API-larından avtomatik data pipeline
  • PASHA Bank üçün PPC hesabat dashboardları
  • Irshad, Bakstone və Jobsearch.az üçün SEO və SLA dashboardları
Keyslərə bax

Data Studio üzrə resurslar

  • Rəhbərlik üçün KPI dashboardu

  • Dashboard yox, qərar sistemi qurun

  • Google Analytics 4 bələdçisi

Data Studio haqqında suallar

Data Studio pulsuzdur?

Bəli, əsas versiya pulsuzdur. Komanda idarəsi və dəstək üçün ödənişli Data Studio Pro var.

Meta Ads datasını necə qoşmaq olar?

Rəsmi konnektor yoxdur. Üçüncü tərəf konnektorlar və ya API ilə Google Sheets/BigQuery vasitəsilə qoşulur.

Looker Studio ilə Data Studio eynidir?

Bəli, eyni alətdir. 2026-da Google Looker Studio adını yenidən Data Studio-ya qaytardı. Mövcud hesabatlar və konnektorlar dəyişmədən işləyir. Looker isə ayrıca, ödənişli korporativ BI platformasıdır.

Dashboard nə qədər vaxta hazır olur?

Ölçmə planı hazırdırsa, 1-2 həftə. Data mənbələri çox olduqda daha uzun.

Digər alət bələdçiləri