SEO · bələdçi

Google Search Console: saytınız Google-da necə görünür

Search Console Google-un pulsuz alətidir və saytınızın axtarışda necə göründüyünü göstərir: hansı sorğularla tapılırsınız, hansı səhifələr indekslənib, hansı texniki problemlər var. SEO-nun əsas məlumat mənbəyidir.

Hazırlayan
Google
Qiymət
Pulsuz
Əsas hesabat
Performans
Data müddəti
16 ay

Google Search Console nədir?

Search Console saytınızla Google axtarışı arasındakı əlaqəni göstərir. GA4 sayta gələndən sonra nə baş verdiyini ölçür, Search Console isə ondan əvvəlki mərhələni: göstərişlər, kliklər, orta mövqe və klik nisbəti.

Texniki tərəfdə isə indeksləmə problemlərini, Core Web Vitals göstəricilərini və struktur data xətalarını göstərir. Hər SEO auditi buradan başlayır.

Search Console ilə nələr mümkündür

  1. Sorğu və səhifə performansı

    Hansı sorğu hansı səhifəyə trafik gətirir.

  2. İndeksləmə hesabatı

    Hansı səhifələr indeksdədir, hansılar niyə xaric qalıb.

  3. Sitemap göndərmə

    Yeni səhifələrin Google-a təqdim edilməsi.

  4. Core Web Vitals

    Sürət və istifadə təcrübəsi göstəriciləri.

  5. Struktur data yoxlaması

    FAQ, məhsul və digər zəngin nəticə xətaları.

  6. Link hesabatı

    Daxili və xarici linklərin xəritəsi.

Search Console hansı alətlərlə işləyir

Mənim təcrübəm

Search Console ilə apardığım əsas SEO işləri:

  • PELC: "praktik ingilis dili" sorğusunda Google-da birinci yer
  • Azerlotereya: oyun və tiraj səhifələrinin görünürlüyü
  • Jobsearch.az, Bakstone və Irshad üçün SEO dashboardları
  • İdman mərc saytları üçün texniki SEO auditləri
Keyslərə bax

Search Console üzrə resurslar

  • SEO audit checklisti

  • SEO hesabatında mövqe yox, gəlir göstərin

  • SEO xidməti: kimə uyğundur

Search Console haqqında suallar

Search Console pulsuzdur?

Bəli, tamamilə pulsuzdur. Yalnız saytın sahibi olduğunuzu təsdiqləmək lazımdır.

Search Console və GA4 fərqi nədir?

Search Console axtarışda baş verənləri, GA4 isə sayta daxil olduqdan sonrakı davranışı göstərir. İkisi birlikdə tam şəkil verir.

Səhifəm niyə indekslənmir?

Ən çox səbəblər: noindex teqi, robots.txt bloku, zəif və ya təkrar kontent, daxili linkin olmaması. İndeksləmə hesabatı səbəbi göstərir.

Data nə qədər saxlanır?

Performans hesabatında 16 aylıq data var. Uzunmüddətli analiz üçün Data Studio və ya BigQuery-yə ixrac tövsiyə edirəm.

Digər alət bələdçiləri