Google Ads: axtarış və YouTube reklamının idarəsi
Google Ads Google-un reklam platformasıdır. Axtarış nəticələrində, YouTube-da, Display şəbəkəsində və Gmail-də reklam göstərir. İstifadəçi artıq axtardığı anda görünmək imkanı verdiyi üçün satışa ən yaxın kanallardan biridir.
- Hazırlayan
- Ödəniş
- Klik, baxış və ya konversiyaya görə
- Kampaniya növləri
- Search, PMax, YouTube, Display
- Ölçmə
- Konversiya və GA4 importu
Google Ads nədir?
Google Ads hərrac prinsipi ilə işləyir: büdcə, təklif strategiyası və reklamın keyfiyyəti birlikdə hansı reklamın göstəriləcəyini müəyyən edir. Avtomatik təklif strategiyaları konversiya datası ilə öyrənir.
Ona görə nəticənin yarısı ölçmədən asılıdır: konversiyalar düzgün ötürülməyəndə alqoritm səhv məqsədə optimallaşır. Kampaniyanı qurmazdan əvvəl konversiya izləməsini yoxlayıram.
Google Ads ilə nələr mümkündür
Axtarış kampaniyaları
Satış niyyətli sorğularda görünmək.
Performance Max
Bütün Google kanallarında bir kampaniya.
YouTube reklamı
Video ilə tanınma və remarketinq.
Konversiya izləmə
Enhanced Conversions və GA4 importu.
Auditoriyalar
Remarketinq və müştəri siyahıları.
Təklif strategiyaları
Target CPA və ROAS ilə avtomatik idarə.
Google Ads hansı alətlərlə işləyir
- Bələdçiyə keç
Google Analytics 4
Event əsaslı veb və tətbiq analitikası. Funnel, konversiya və auditoriya.
- Bələdçiyə keç
Google Tag Manager
Kod yazmadan izləmə teqlərinin idarəsi və dataLayer.
- Bələdçiyə keç
Google Data Studio
Pulsuz dashboard aləti. GA4, reklam və cədvəl datasını bir yerdə göstərir.
- Bələdçiyə keç
Google Meridian
Google-un açıq mənbəli marketing mix modeli (MMM).
- Bələdçiyə keç
Google Display & Video 360
Google Marketing Platform-un proqrammatik reklam aləti (DSP).
Mənim təcrübəm
Google Ads ilə işlədiyim layihələr:
- PASHA Bank SME və Retail: PPC kampaniyaları və performans hesabatları
- [Layihə: brend, nə qurdum, nəticə %]
Google Ads üzrə resurslar
Google Ads haqqında suallar
Minimum büdcə nə qədərdir?
Rəsmi minimum yoxdur. Amma alqoritmin öyrənməsi üçün kampaniya başına ayda kifayət qədər konversiya lazımdır.
Performance Max hər kəsə uyğundur?
Konversiya datası güclü olan hesablarda yaxşı işləyir. Yeni hesabda əvvəlcə axtarış kampaniyası ilə başlamağı tövsiyə edirəm.
Google Ads, yoxsa SEO?
İkisi bir-birini tamamlayır. Reklam sürət verir, SEO isə uzunmüddətli, büdcədən asılı olmayan trafik.