Matomo: datası sizdə qalan veb analitika
Matomo açıq mənbəli veb analitika platformasıdır. Öz serverinizdə və ya Matomo Cloud-da işləyir, data üçüncü tərəfə ötürülmür. Məxfilik tələbləri sərt olan bank, dövlət və səhiyyə layihələri üçün GA4-ə əsas alternativdir.
- Növ
- Açıq mənbəli analitika
- Qiymət
- Self-hosted pulsuz, Cloud ödənişli
- Data
- Sizin serverinizdə
- Uyğunluq
- GDPR yönümlü
Matomo nədir?
Matomo ziyarətləri, səhifə baxışlarını, eventləri və hədəfləri GA4-ə bənzər şəkildə ölçür. Fərq datanın harada saxlandığındadır: self-hosted versiyada bütün xam data sizin verilənlər bazanızdadır və sampling yoxdur.
Biznes üçün dəyəri hüquqi və etimad tərəfindədir: istifadəçi datası ölkədən çıxmır, razılıq olmadan cookie-siz ölçmə mümkündür. Çox vaxt GA4 ilə paralel qurulur ki, iki mənbə bir-birini yoxlasın.
Matomo ilə nələr mümkündür
Hədəf və e-ticarət izləmə
Müraciət, qeydiyyat və alışların ölçülməsi.
Cookie-siz ölçmə
Razılıq olmadan anonim statistika.
Xam data girişi
Sampling olmadan bütün ziyarət datası.
Heatmap və sessiya yazısı
Əlavə modullarla istifadəçi davranışı.
Tag Manager
Matomo-nun öz teq meneceri.
API və eksport
Datanın BI alətlərinə ötürülməsi.
Matomo hansı alətlərlə işləyir
- Bələdçiyə keç
Google Tag Manager
Kod yazmadan izləmə teqlərinin idarəsi və dataLayer.
- Bələdçiyə keç
Google Analytics 4
Event əsaslı veb və tətbiq analitikası. Funnel, konversiya və auditoriya.
- Bələdçiyə keç
Google Data Studio
Pulsuz dashboard aləti. GA4, reklam və cədvəl datasını bir yerdə göstərir.
- Bələdçiyə keç
WordPress
Ən geniş yayılmış CMS. Bloq, korporativ sayt və e-ticarət.
- Bələdçiyə keç
Power BI
Microsoft-un BI platforması. Korporativ hesabat və data modelləri.
Mənim təcrübəm
Matomo ilə işlədiyim layihələr:
- ASANT Group üçün GA4, GTM və Matomo qurulması
- [Layihə: brend, nə qurdum, nəticə %]
Matomo üzrə resurslar
Matomo haqqında suallar
Matomo pulsuzdur?
Öz serverinizdə quraşdırılan versiya pulsuzdur. Matomo Cloud və bəzi premium modullar ödənişlidir.
Matomo GA4-ü əvəz edə bilər?
Əksər veb analitika ehtiyacları üçün bəli. Google Ads ilə dərin inteqrasiya lazımdırsa, GA4 ilə paralel istifadə edirəm.
Server nə qədər güclü olmalıdır?
Ayda bir neçə yüz min baxışa qədər adi VPS kifayətdir. Böyük həcmdə verilənlər bazası ayrıca optimallaşdırılır.