Şəmistan İsayev konversiya mövzusunda çıxış edir

Konversiya nə qədər artmalıdır?

Azərbaycan Marketinq Zirvəsi 2026-da çıxışım: trafikin artmasını yox, ziyarətçinin müştəriyə çevrilməsini hədəfləmək haqqında.

Tədbir
Azərbaycan Marketinq Zirvəsi
İl
2026
Format
Çıxış
Şəhər
Bakı

Çıxışın əsas nümunəsi

Səhnədə göstərdiyim hesablama sadədir: trafik dörddə bir azalanda belə, konversiya ikiqat artarsa satış 50% çox olur. Reklam büdcəsinin bir hissəsini trafikdən konversiyaya köçürmək bu səbəbdən çox vaxt daha sərfəlidir.

ƏvvəlSonra
Trafik1 000750
Konversiya1%2%
Satış1015

Daha az ziyarətçi, 50% daha çox satış

Üç əsas fikir

  1. Trafiki yox, satışı böyüdün

    Daha az, amma daha uyğun ziyarətçi daha çox satış gətirə bilər. Hesabatda ilk sual "neçə nəfər gəldi" yox, "neçəsi aldı" olmalıdır.

  2. Benchmark yox, öz bazisiniz

    "Normal konversiya neçə faizdir?" sualının universal cavabı yoxdur. Hədəfi öz keçmiş datanızdan və funnel addımlarından qurun.

  3. Eksperiment saytla bitmir

    Filiallarda test, kassa çekləri və kameralar da ölçmə mənbəyidir. Onlayn və oflayn eyni hipotezlə yoxlanıla bilər.

  • Zalda konversiya slaydı göstərilir
  • Oflayn eksperiment nümunəsini izah edir
  • Spikerlərə sertifikatların təqdim olunması

Bu çıxışı komandanız üçün

Çıxışı şirkətinizin datası ilə 60-90 dəqiqəlik daxili sessiyaya çevirə bilərəm: sizin funnel, sizin rəqəmlər.